Fevralın 26-da Qərbi Azərbaycan İcmasının kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
İcmadan AZƏRTAC-a bildirilib ki, abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirələri dərin ehtiramla anılıb.