Qəbul zamanı Türk Dünyası Arabulucular Birliyinin təmsilçiləri təşkilatın məqsəd və vəzifələri, strateji baxış bucağı, eləcə də gələcək fəaliyyət istiqamətləri barədə ətraflı təqdimat ediblər. Bildirilib ki, əsas hədəf Türk dövlətləri arasında mediasiya sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, institusional əməkdaşlığın möhkəmləndirilməsi və alternativ mübahisə həlli mexanizmlərinin təşviqidir.
Sonda nümayəndə heyəti tərəfindən səfərin xatirəsi olaraq cənab Tufan Erhürmana xatirə hədiyyəsi təqdim edilib. Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi şəraitində başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31