EN

"Neftçi" ukraynalı baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

"Neftçi" basketbol komandası baş məşqçi Valeri Stepanovski ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, məlumatı idman klubunun mətbuat xidməti yayıb. 

Onunla yanaşı, köməkçi məşqçi Oleq Qonçarov da yola salınıb. Ukraynalı mütəxəssislərlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, "Neftçi"də baş məşqçi funksiyasını hələlik köməkçi məşqçi, gürcüstanlı mütəxəssis Daviti Çivçivadze yerinə yetirəcək.

Chosen
3
13
fanat.az

10Sources