AZ

“Neftçi” baş məşqçisini istefaya GÖNDƏRDİ

“Neftçi” basketbol komandası baş məşqçi Valeri Stepanovski və köməkçi məşqçi Oleq Qonçarovla yollarını ayırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Neftçi” Basketbol Klubu məlumat yayıb. 

Bildirilib ki, ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, “Neftçi”də baş məşqçi funksiyasını hələlik köməkçi məşqçi, gürcüstanlı mütəxəssis Daviti Çivçivadze yerinə yetirəcək.

Bizim.Media

Seçilən
4
9
bizim.media

10Mənbələr