AZ

“Neftçi” iki məşqçi ilə yollarını ayırdı

"Neftçi" basketbol komandası baş məşqçi Valeri Stepanovski və köməkçi məşqçi Oleq Qonçarovla yollarını ayırıb. Metbuat.az apasport.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssislərlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub göstərdikləri xidmətlərə görə onlara minnətdarlığını bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, "Neftçi"də baş məşqçi funksiyasını hələlik köməkçi məşqçi, gürcüstanlı mütəxəssis Daviti Çivçivadze yerinə yetirəcək.


Seçilən
2
9
metbuat.az

10Mənbələr