EN

Vüsalla Zamiq Albaniyada üz-üzə gəldi

Albaniya superliqasında 26-cı turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, bu turda azərbaycanlı futbolçuların komandası üz-üzə gəlib.

Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani"(Tirana) öz meydanında Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geydiyi "Eqnatiya" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq start heyətində meydana çıxıb və sonadək oynayıb, İsgəndərli isə 88-ci dəqiqədə - komandası hər iki qolu vurandan sonra meydanı tərk edib.

"Eqnatiya" 46 xalla 3-cü, "Partizani" isə 39 xalla 5-ci pillədə qərarlaşıb.

Chosen
62
2
football-plus.az

3Sources