EN

Makron Şarl de Qoll təyyarədaşıyan gəmisini Aralıq dənizinə GÖNDƏRDİ

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Fransa "Şarl de Qoll" gəmisini Aralıq dənizinə göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

Emmanuel Makron “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin və onun zərbə qrupunun Baltik dənizindən çıxarılaraq Aralıq dənizinə köçürülməsini əmr edib.

Makron bildirib: “Bu dəyişkən vəziyyəti və qarşıdakı günlərin qeyri-müəyyənliyini nəzərə alaraq, mən "Şarl de Qoll" təyyarədaşıyan gəmisinə, onun hava qrupuna və müşayiət gəmilərinə Aralıq dənizinə üzməyi əmr etdim”.

O həmçinin əlavə edib ki, son bir neçə saat ərzində Yaxın Şərqdə "Rafale" qırıcı təyyarələri yerləşdirilib.

Qərarın səbəbi kimi 2 martda Kiprdəki Britaniya aviabazasına edilən dron hücumu göstərilib. Makron vurğulayıb ki, Kipr Fransanın strateji tərəfdaşlıq müqaviləsi imzaladığı Aİ üzvüdür.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
88
13
redaktor.az

10Sources