AZ

Makron “Şarl de Qoll” aviadaşıyıcısının Aralıq dənizinə göndərib

Fransa hərbi-dəniz qüvvələrinin regionda mövcudluğunu gücləndirir...

Poliqon xəbər verir ki, BFMTV telekanalının məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron ölkənin yeganə nüvə enerjili aviadaşıyıcısı olan “Şarl de Qoll”un Aralıq dənizinə yenidən yerləşdirilməsi barədə göstəriş verib. Prezident bildirib ki, hazırda aviadaşıyıcı zərbə qrupu ilə birlikdə regiona doğru hərəkət edir.

Makron əlavə edib ki, bu gün axşam saatlarında Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus “Langedok” freqatı Kipr sahillərinə çatacaq. Rəsmi Paris bu addımları regionda artan gərginlik fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi kimi qiymətləndirir.

Xatırladaq ki, bir gün əvvəl Fransa aviadaşıyıcısı “Şarl de Qoll”un Aralıq dənizinin şərq hissəsinə doğru istiqamət aldığı barədə məlumat yayılmışdı. Ekspertlər bu qərarı Yaxın Şərqdə baş verən son hadisələrlə, xüsusilə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqələndirirlər.

Bundan əvvəl Makron müdafiə və milli təhlükəsizlik şurasının iclasında çıxış edərək Fransa tərəfinin ABŞ və İsrailin İrana zərbə endirmək planları barədə əvvəlcədən məlumatlandırılmadığını bəyan etmişdi. O vurğulamışdı ki, Paris regionda sabitliyin qorunmasının vacibliyini əsas prioritet hesab edir və beynəlxalq hüquq çərçivəsində hərəkət olunmasının tərəfdarıdır.

Analitiklərin fikrincə, Fransa hərbi donanmasının Aralıq dənizində mövcudluğunun artırılması həm regional balansın qorunmasına, həm də mümkün humanitar və təhlükəsizlik risklərinə operativ reaksiya vermək məqsədi daşıyır.

Poliqon.info

Seçilən
130
13
poliqon.info

10Mənbələr