AZ

Fransa "Şarl de Qol" aviadaşıyıcısını Şərqi Aralıq dənizinə göndərib

Fransa "Şarl de Qol" aviadaşıyıcısını Şərqi Aralıq dənizinə göndərib

Fransanın BFMTV kanalı ABŞ və İsrailin İrana hücumları və İranın cavab zərbələrindən sonra Hörmüz boğazında gəmi hərəkətinin iflic olduğu bir vaxtda Fransanın "Şarl de Qol" aviadaşıyıcısının Şərqi Aralıq dənizinə doğru yola düşdüyünü bildirib.

AFN.az xəbər verir ki, regionda yaranan gərginlik fonunda Fransa mühüm hərbi addım atıb.

Fransanın nüvə enerjisi ilə işləyən "Şarl de Qol" aviadaşıyıcısı və onu müşayiət edən gəmilər Baltik dənizindəki missiyalarını yarımçıq qoyaraq Şərqi Aralıq dənizinə göndərilib. Bu qərar İranın İsrail ilə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bəzi regional hədəflərə zərbələr endirməsindən sonraya təsadüf edir.

Fransa Gəmi Sahibləri Assosiasiyasının baş nümayəndəsi Loran Martens bildirib ki, Fransa bayrağı daşıyan və ya yerli şirkətlərə məxsus 60 gəmi hazırda Fars körfəzində qalıb. Martens qeyd edib ki, Hörmüz boğazından keçən bu gəmilər hərbi dəniz donanmasının "təhlükəsiz yerə sığının" təlimatından sonra bölgədəki bəzi limanlara çəkiliblər.

O, heyət üzvlərinin təhlükəsizlikdə olduğunu və Fransa gəmilərinin İranın hücumlarında birinci dərəcəli hədəf olmadığını ehtimal etdiklərini də diqqətə çatdırıb. Lakin "Şarl de Qol" qrupunun bölgəyə gəlişi Fransanın öz maraqlarını və dəniz təhlükəsizliyini qorumaq qətiyyətini nümayiş etdirir.

Seçilən
132
13
afn.az

10Mənbələr