EN

İrandan təxliyə - Azyaşlı üzvləri olan ailə Azərbaycana gətirilib 

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə bu gün səhər saatlarında İrandan təxliyə prosesi həyata keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təxliyə olunanlar Azərbaycan vətəndaşlarından ibarət ailə olub. Beş nəfərdən ibarət ailənin üç üzvü azyaşlıdır.

Ailə sərhəd buraxılış məntəqəsində müvafiq prosedurdan keçdikdən sonra aidiyyəti üzrə yola salınıb.

Ümumilikdə isə, bu gün saat 10-dan etibarən 10 nəfər təxliyə olunub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Chosen
17
21
azerbaijan-news.az

10Sources