AZ

Pentaqon: İranla müharibə 8 həftə davam edə bilər

Ötən gecədən bu gün 18:00-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 91 nəfər təxliyə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təxliyə edilənlər Azərbaycan, Çin, Pakistan, Tacikistan, Fransa, İsveç, Çexiya və Kuba vətəndaşları olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Seçilən
1
4
azerbaijan-news.az

10Mənbələr