AZ

İsveçli və çexiyalı diplomatlar Azərbaycan vasitəsilə İrandan təxliyə olundu

İsveç və Çexiyanın diplomatik korpusunun əməkdaşları “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1 İsveç, 2 Çexiya diplomatı və 1 sürücü olmaqla, 4 nəfərin təxliyəsi həyata keçirilib.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Seçilən
1
15
azerbaijan-news.az

10Mənbələr