EN

“OpenAI” şirkəti NATO ilə müqavilə bağlamağı nəzərdən keçirir

Bakı. Trend:

Amerikanın “OpenAI” şirkəti Şimali Atlantika MüqaviləsiTəşkilatı (NATO) ilə müqavilə bağlamağı nəzərdən keçirir. Bu barədəçərşənbə axşamı bir neçə xarici media orqanı startapın ABŞ MüdafiəNazirliyi ilə razılaşmasından sonra məlumat verib.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

“OpenAI” şirkətinin baş direktoru Sem Altmanın sözlərinə görə,hazırda texnologiyaların bütün qapalı NATO şəbəkələrindəyerləşdirilməsi imkanları araşdırılır. “OpenAI” nümayəndəsi dahasonra bunun Alyansın açıq şəbəkələrinə aid olduğuna aydınlıqgətirərək Altmanın sözlərinin təhrif olunduğunu qeyd edib.

Ötən həftə “OpenAI” şirkəti ABŞ Müdafiə Nazirliyinin qapalışəbəkəsində süni intellekt texnologiyalarını yerləşdirmək üçünPentaqon ilə razılaşma əldə olunduğunu elan edib.

ABŞ Müdafiə Nazirliyi ilə bağlanan müqaviləyə qarşı tənqidlərfonunda “OpenAI” bəzi istifadəçilərin reaksiyası ilə üzləşib.Analitik şirkət “Sensor Tower”ə görə, şənbə günü ChatGPT mobiltətbiqinin silinmə halları bir əvvəlki günlə müqayisədə 295 faizartıb.

“OpenAI” şirkəti “Microsoft”, “Nvidia” və “SoftBank” daxilolmaqla bir çox böyük texnologiya nəhəngi tərəfindəndəstəklənir.

Məqalədə:
Chosen
47
7
az.trend.az

10Sources