Bu gün saat 20:00-dan 22:00-dək ümumilikdə 27 nəfər "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə edilib.
“İki sahil” xəbər verir ki, təxliyə edilənlər Azərbaycan, İspaniya və Rusiya Federasiyası vətəndaşları olub.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.