EN

Mərakeş millisində yeni baş məşqçi

Mərakeş Futbol Federasiyası millinin baş məşqçisi Valid Reqragi ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv etmək qərarına gəliblər.

Bildirilib ki, komandanın yeni baş məşqçisi əvvəllər Mərakeşin U-20 yığmasında çalışmış Məhəmməd Vəhbi olacaq.

Qeyd edk ki, Reqraqi 2022-ci ildən Mərakeş millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda 2022-ci il dünya çempionatında tarixi bir nəticə əldə edərək 4-cü yeri tutub. Həmçinin Mərakeş 2025-ci il Afrika Millətlər Kubokunda ikinci olub.

Chosen
91
2
msport.az

3Sources