EN

“Flamenqo”da məşqçi dəyişikliyi

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Flamenqo”da məşqçi dəyişikliyi baş verib."Football-plus.az" xəbər verir ki, Filipe Luis komandanın Cənubi Amerika Superkuboku və Braziliya Superkubokundakı uğursuzluğuna və ölkə çempionatında zəif startına görə istefaya göndərilib. Baş məşqçi vəzifəsinə 2024-cü ilin sentyabrında təyin olunan 40 yaşlı mütəxəssis “Flamenqo”ya 7 titul qazandırmışdı. Komandanı bundan sonra Leonardo Jardim çalışdıracaq. Onun Rio de Janeyro klubu ilə bağladığı müqavilənin müddəti 2027-ci ilin sonuna qədərdi. Xatırladaq ki, 51 yaşlı mütəxəssisin sonuncu klubu ötən il Braziliya çempionatında bürünc medallar qazandırdığı “Kruzeyro” olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
96
1
icma.az

2Sources