EN

Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Bakı, 6 mart, AZƏRTAC

Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı əsnasında iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.

Hökumət başçıları regiondakı mövcud vəziyyəti müzakirə ediblər. Naxçıvanda baş vermiş insidentlə bağlı narahatlıq ifadə olunub.

Ə.Əsədov İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə Azərbaycana qarşı həyata keçirdiyi hücumlar barədə məlumat verib.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Chosen
127
5
azertag.az

10Sources