Xəstəxana binası təmirsiz və baxımsız vəziyyətdədir...
Görüntülər "Xəzər Xəbər"in vatsap qaynar xəttinə vətəndaşlar tərəfindən göndərilib.
Onlar Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 4 nömrəli xəstəxananın korpuslarında şəraitin ürəkaçan olmadığını deyirlər.
Xəstəxananın otaq və dəhlizlərində divarlarda çatlar var, suvaq tökülüb, elektrik xətləri təhlükəli vəziyyətdədir. Köhnəlmiş radiatorlar və qopmaq üzrə olan kafellər isə mövcud vəziyyəti daha da aydın göstərir.
Sumqayıt Tibb Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, xəstəxananın binası 1984-cü ildən istismardadır. Buradan həmçinin 21 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb.
Tibb MÉ™rkÉ™zindÉ™n o da bildirilib ki, keçmiÅŸ mÉ™cburi köçkün ailÉ™lÉ™ri iÅŸÄŸaldan azad olunmuÅŸ É™razilÉ™rÉ™ qayıtdıqdan sonra binada geniÅŸmiqyaslı tÉ™mir-bÉ™rpa iÅŸlÉ™rinin aparılması nÉ™zÉ™rdÉ™ tutulur.Â
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.