EN

Azərbaycanda ən çox maaş alan qadınlar hansı sahələrdə çalışırlar? – Məbləğ

Bakı. Trend:

Qadınların məşğulluğu və onların iqtisadi-sosial inkişafdarolunun daha da artırılması prioritet məsələlərdəndir. Hazırdaölkəmizdə məşğul əhalinin 2 milyon 414 miniqadınlardır. Məşğul əhalidə kişilərin sayı isə 2 milyon 615min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə2 milyon 571 mindir.

Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininüzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Millət vəkili bildirib ki, Azərbaycanda qadınların ən çoxçalışdığı sektor təhsildir:

“Hazırda əmək müqaviləsi ilə çalışan qadınlarımızın sayı722 147 nəfərdir. Onun 242 801nəfəri təhsil sektorunda çalışır. Bu, ümumi muzdlu qadın işçilərin33.6 faizi deməkdir. Bu, eyni zamanda o deməkdirki, əmək müqaviləsi ilə çalışan hər 3 qadından1-i təhsil sferasında işləyir”.

Deputat vurğulayıb ki, əhaliyə səhiyyə və sosial xidmətləringöstərilməsi qadınlarımın üstünlük verdiyi ikinci ən böyüksektordur:

“Ümumi payda 16.2 faiz ilə bu sferada116 976 qadın vətəndaşımız çalışır. İlk üçlüyü isəticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır.Burada 95 566 qadın vətəndaşın əmək müqaviləsiqeydiyatdan keçib”.

V.Bayramov əlavə edib ki, qadınların orta aylıq əmək haqqısınagəldikdə isə, ən yüksək maaş mədənçıxarma sənayesində təklifedilir:

“Burada qadın işçilərin orta maaşı 2 915manatdır. Daha sonra maliyyə və sığorta fəaliyyəti iləməşğul olan qadın vətəndaşların orta aylıq maaşı gəlir 1813 manatdır. Burada ilk üçlüyü informasiya və rabitəsektoru tamallayır: 1 353 manat. Məşğulluqda böyükpaya malik olan təhsil sektorunda isə qadınların orta aylıq maaşı731 manatdır. Hazırda qadınların orta aylıq maaşıkişilərin orta əmək haqqısının 68.9 faizinəbərabərdir. Qlobal olaraq bu nisbət 77-80faizdir”.

Chosen
68
22
az.trend.az

9Sources