EN

"Qarabağ"la qarşılaşmadan öncə üçü də geri qayıtdı

Misli Premyer Liqasının XXII turunda "Zirə"yə qarşı matçda sıradan çıxan "Araz-Naxçıvan"ın müdafiəçisi Ömər Buludovun zədəsi ciddi deyil.

Sportinfo.az xəbər verir ki, onun növbəti turda meydana çıxıb-çıxmayacağı baş məşqçi Andrey Demçenkonun qərarından asılı olacaq.

"Araz-Naxçıvan"ın digər iki futbolçusu - Urfan Abbasovla Vanderson Melo isə zədələrini sağaldaraq məşqlərə qoşulublar.

"Araz-Naxçıvan" Misli Premyer Liqasının XXIII turunda səfərdə "Qarabağ"la qarşılaşacaq.

Naxçıvan təmsilçisi hazırda turnir cədvəlində 33 xalla 5-ci pillədə qərarlaşıb.

Chosen
90
49
sportinfo.az

10Sources