EN

3 pişik damdan müharibəni izləyir – İrandan təsirli görüntü - VİDEO

İrana son hava hücumları zamanı qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, İranın Tehran şəhərində çəkildiyi iddia olunan kadrlarda üç pişiyin hündürmərtəbəli binanın damında bombardmanı izlədiyi görünür.

Məlumata görə, ölkə ərazisinə edilən hücumlar zamanı səmada partlayışlar və tüstü müşahidə olunub. Görüntülərdə üç pişiyin baş verənləri diqqətlə izlədiyi, partlayış səsləri fonunda isə narahat olduqları hiss edilir. 

Sosial şəbəkələrdə yayılan bu kadrlar müharibənin yalnız insanlara deyil, canlı aləmin digər nümayəndələrinə də təsir göstərdiyini bir daha nümayiş etdirib. 

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-dən İran ərazisinə hava hücumları həyata keçirir.

Şahanə Rəhimli
Musavat.com

Chosen
112
42
musavat.com

10Sources