EN

"Real" "Nyukasl"ın futbolçusuna göz dikdi

style='margin-bottom:10px;'>

"Real" "Nyukasl"ın italyalı yarımmüdafiəçisi Sandro Tonali uğrunda mübarizədə "Arsenal"a rəqib olub. İspaniya klubu yay transfer pəncərəsində 25 yaşlı futbolçunu heyətinə qatmaq üçün London təmsilçisi ilə rəqabət aparmağa hazırlaşır.

QOL.az xəbər verir ki, "The Sun" nəşrinin yaydığı məlumata görə, "kral klubu"nun skautları martın 7-də keçirilən "Nyukasl" - "Mançester Siti" matçında Tonalinin oyununu yaxından izləyiblər. Onların səfərinin əsas məqsədi Çempionlar Liqasındakı rəqibləri olan "şəhərlilər" haqqında məlumat toplamaq olsa da, italyalı yarımmüdafiəçiyə olan maraq transfer bazarında ciddi səs-küyə səbəb olub.

Bu fonda "Nyukasl" Tonalini komandanın əsas oyunçularından hesab edir və onu ucuz qiymətə satmaq niyyətində deyil. Klub rəhbərliyi futbolçu üçün 100 milyon avro qiymət müəyyənləşdirib. 

Qeyd edək ki, cari mövsümdə "Nyukasl"ın heyətində 45 matça çıxan Tonali 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarket" portalı onun bazar dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

Chosen
286
18
teleqraf.com

10Sources