EN

Bakıda İdman Gimnastikası üzrə FIG Dünya Kuboku başa çatıb

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.

"Report" xəbər verir ki, yarışda 30-dan çox ölkədən idmançılar iştirak ediblər.

Azərbaycanı kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil ediblər.

Yarışın ilk iki günü təsnifat mərhələsinə, son iki günü isə final çıxışlarına həsr olunub. Təsnifatın nəticələrinə əsasən Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə final mərhələsinə vəsiqə qazanıblar.

Final mərhələsində isə Azərbaycan gimnastları mükafatçılar sırasına düşə bilməyiblər. Nikita Simonov yarışı 4-cü, Dəniz Əliyeva 6-cı, Aydın Əlizadə isə 8-ci pillədə başa vurub.

Dörd gün davam edən yarış ərzində tamaşaçılar üçün müxtəlif interaktiv əyləncə proqramları da təşkil olunub. Arenada yarışların maskotları Tilli və Cilli də tamaşaçılarla birlikdə əylənərək idmançılara dəstək veriblər.

Beləliklə, dörd gün davam edən idman gimnastikası üzrə FIG Dünya Kuboku uğurla başa çatıb.

Chosen
84
7
far.az

8Sources