AZ

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku başa çatdı

Bakıda keçirilən İdman gimnastikası üzrə Dünya Kuboku yarışına yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında dörd gün davam edən turnirdə 30-dan çox ölkədən gimnastlar qüvvələrini sınayıblar.

Yarışda Azərbaycanı kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınların mübarizəsində isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil ediblər.

Turnirin ilk iki günü təsnifat mərhələsinə, son iki günü isə final çıxışlarına həsr olunub. Təsnifat mərhələsinin yekunlarına əsasən Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə final mərhələsinə vəsiqə qazanıblar.

Final mərhələsində Azərbaycan gimnastları mükafatçılar sırasına düşə bilməyiblər. Belə ki, Nikita Simonov yarışı 4-cü, Dəniz Əliyeva 6-cı, Aydın Əlizadə isə 8-ci pillədə başa vurub.

Seçilən
89
7
90deqiqe.az

8Mənbələr