Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku başa çatıb.
Milli Gimnastika Arenasında 4 gün davam edən turnirdə 30-dan çox ölkədən idmançı qüvvəsini sınayıb.
Kubokda Azərbaycanı kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil ediblər.
Yarışın ilk iki günü təsnifat mərhələsinə, son iki günü isə final çıxışlarına həsr olunub. Təsnifat mərhələsinin nəticələrinə əsasən Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə final mərhələsinə vəsiqə qazanıblar.
Finallarda gimnastlarımız ilk üçlükdə yer ala bilməyiblər. Belə ki, Nikita Simonov yarışları 4-cü, Dəniz Əliyeva 6-cı, Aydın Əlizadə isə 8-ci pillədə başa vurub. (AZƏRTAC)
XQ