İran ABŞ və İsrailin enerji sektoruna hücumları davam etdirəcəyi təqdirdə Yaxın Şərq ölkələrindəki neft obyektlərinə zərbə endirə biləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə IRIB məlumat yayıb. Məlumatda bildirilir ki, bu bəyanatı İran Silahlı Qüvvələrinin birləşdirilmiş qərargahı “Xatəm əl-Ənbiya” verib.
Bəyanatda qeyd olunub: “İran İslam Respublikasının Silahlı Qüvvələri region ölkələrində müsəlman əhalinin maraqlarına ciddi diqqət yetirərək indiyədək belə hərəkətlərdən çəkinmişdir.”
Həmçinin, hərbi rəhbərlik qonşu ölkələri ABŞ və İsrailin hücumlarının təkrarlanmaması üçün xəbərdar etməyə çağırıb. Bəyanatda əlavə olunub ki, əks halda regionda eyni addımlar atılacaq: "Əgər siz barel üçün 200 dollardan baha neftin dəyərinə dözməyə hazırsınızsa, bu oyunu davam etdirin".