İsrail ordusu İran ərazisindən ölkə istiqamətinə raketlərin atıldığını bəyan edib.
Ordunun yaydığı bəyanatda bildirilir ki, hərbi qüvvələr İran tərəfindən buraxılan raketləri müəyyən edib. Məlumatda həmçinin qeyd olunur ki, hazırda ölkənin hava hücumundan müdafiə sistemləri aktiv fəaliyyətdədir və yaranan təhdidi zərərsizləşdirmək üçün raketlərin qarşısını alır.