İran İsrail ərazisinə növbəti raket hücumu təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
Məlumata görə, buraxılan raketlər əsasən İsrailin cənub bölgələrində yerləşən hədəflərə yönəldilib. Hücumun nəticələri ilə bağlı əlavə məlumat verilməyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bundan sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildə yerləşən obyektlərə zərbələr endirərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.
Eyni zamanda ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında yerləşən obyektlərinin də hücumlara məruz qaldığı bildirilib.