EN

Neft bu qiymətə qədər bahalaşa bilər - Tarixi rekord

Yaxın Şərqdə gərginliyin artması fonunda neftin bir bareli 215 dollara qədər bahalaşa bilər.

“Yeni Sabah” xəbər verir ki, bunu ABŞ-nin “The Wall Street Journal” (WSJ) nəşri yazıb.

Bildirilib ki, son beş ticarət sessiyasında neftin qiyməti 40 dollardan çox bahalaşıb.

2008-ci ildə WTI nefti üçün müəyyən edilmiş tarixi maksimum 145,29 dollar/barrel idi. Hörmüz boğazında tədarükdə uzunmüddətli fasilələr baş verərsə, qiymətlər rekord səviyyəyə yaxınlaşa bilər.

İqtisadçılar bildirirlər ki, qiymət artımı qlobal enerji bazarlarında qeyri-müəyyənliyi artırır və yanacaq qiymətlərinə də təsir edəcək.


Telegram kanalımız
Chosen
128
2
yenisabah.az

3Sources