EN

Azərbaycan millisi Şamaxıda hazırlığa başladı

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.

Fanat.Az-ın məlumatına görə, yığmanın hazırlığı Şamaxıda start götürüb.

Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq martın 20-də yekunlaşacaq.

Chosen
69
11
fanat.az

10Sources