AZ

Yeniyetmə boksçularımız təlim-məşq toplanışında

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib.

"Cebheinfo.az" xəbər verir ki, yığma hazırlığa Şamaxıda başlayıb.

Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq martın 20-də yekunlaşacaq.

"Cebheinfo.az"

Seçilən
108
11
cebheinfo.az

10Mənbələr