AZ

Azərbaycanın yeniyetmə boksçuları təlim-məşq toplanışına start veriblər

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib.

90deqiqe.Az-ın məlumatına görə, yığma hazırlığa Şamaxıda başlayıb.

Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq martın 20-də yekunlaşacaq.

Seçilən
95
11
90deqiqe.az

10Mənbələr