EN

Dünyada ən çox balistik raketə sahib ölkələr: Azərbaycanın yeri...

Üçüncü Dünya Müharibəsi ehtimallarının müzakirə edildiyi bir vaxtda, ölkələrin ballistik raket ehtiyatları yenidən gündəmə gəlib. Dünyada bu sahədə ciddi bir silahlanma yarışı müşahidə olunur.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, balistik raketlər nüvə, kimyəvi və bioloji başlıqlar daşıya bilən, uzaq mənzilli idarə olunan və ya olunmayan raketlərdir. Onlar hədəfə doğru trayektoriya üzrə hərəkət edirlər və mühərrikli uçuşda aerodinamik olaraq idarə olunan qanadlı raketlərdən fərqlənirlər.

Raketlərin növləri və mənzilləri
Taktiki balistik raket: 150 – 300 km

Qısa mənzilli (SRBM): 300 – 1.000 km

Orta mənzilli (MRBM): 1.000 – 3.500 km

Uzaq mənzilli (IRBM): 3.500 – 5.500 km

Qitələrarası (ICBM): 5.500 km-dən çox

Dünya Reytinqi (TOP 27)
Siyahıda ölkələr sahib olduqları raket sayına görə sıralanır:

SıraÖlkəRaket SayıQeyd (Mənzil / Model)
1ÇİN310013.000 km mənzil
2RUSİYA140011.000 km mənzil
3ABŞ130016.000 km mənzil
4Şimali Koreya1000
5İsrail850
6İran800
7TÜRKİYƏ322Tayfun, Bora, Yıldırım
8Cənubi Koreya190800 km mənzil
9Misir190
10Yunanıstan165300 km mənzil
11Pakistan1262.500 km mənzil
12Belarus98300 km mənzil
13Hindistan8010.000 km mənzil
14Böyük Britaniya6412.000 km mənzil
15Fransa646.000 km mənzil
16Səudiyyə Ərəbistanı40
17Vyetnam24
18İraq18
19Yəmən18
20Rumıniya16
21Türkmənistan16
22Ermənistan16
23Bəhreyn9
24BƏƏ6
25Slovakiya6
26AZƏRBAYCAN4
27Liviya3

Türkiyə 322 raketlə dünya siyahısında 7-ci sırada yer alaraq bir çox Avropa və Yaxın Şərq ölkəsini geridə qoyub. Türkiyənin arsenalında həm ABŞ istehsalı, həm də özünün istehsal etdiyi yüksək texnologiyalı raketlər yer alır:

Tayfun: Türkiyənin ən uzun mənzilli yerli balistik raketi.

Bora – 1: Yüksək dəqiqlikli zərbə raketi.

J-600T Yıldırım (I və II): Taktiki balistik raketlər.

ATACMS Block 1: ABŞ istehsalı olan raketlər.

Azərbaycan isə 4 ədəd rəsmi qeydə alınmış ballistik raket sistemi ilə siyahının 26-cı pilləsində qərarlaşıb.


Chosen
41
5
azia.az

7Sources