ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Üçüncü Dünya Müharibəsi ehtimallarının müzakirə edildiyi bir vaxtda, ölkələrin ballistik raket ehtiyatları yenidən gündəmə gəlib. Dünyada bu sahədə ciddi bir silahlanma yarışı müşahidə olunur.
Milli.Az xəbər verir ki, balistik raketlər nüvə, kimyəvi və bioloji başlıqlar daşıya bilən, uzaq mənzilli idarə olunan və ya olunmayan raketlərdir. Onlar hədəfə doğru trayektoriya üzrə hərəkət edirlər və mühərrikli uçuşda aerodinamik olaraq idarə olunan qanadlı raketlərdən fərqlənirlər.
Raketlərin növləri və mənzilləri
Taktiki balistik raket: 150 - 300 km
Qısa mənzilli (SRBM): 300 - 1.000 km
Orta mənzilli (MRBM): 1.000 - 3.500 km
Uzaq mənzilli (IRBM): 3.500 - 5.500 km
Qitələrarası (ICBM): 5.500 km-dən çox
Dünya Reytinqi (TOP 27)
Siyahıda ölkələr sahib olduqları raket sayına görə sıralanır:
Sıra
Ölkə
Raket Sayı
Qeyd (Mənzil / Model)
1
ÇİN
3100
13.000 km mənzil
2
RUSİYA
1400
11.000 km mənzil
3
ABŞ
1300
16.000 km mənzil
4
Şimali Koreya
1000
5
İsrail
850
6
İran
800
7
TÜRKİYƏ
322
Tayfun, Bora, Yıldırım
8
Cənubi Koreya
190
800 km mənzil
9
Misir
190
10
Yunanıstan
165
300 km mənzil
11
Pakistan
126
2.500 km mənzil
12
Belarus
98
300 km mənzil
13
Hindistan
80
10.000 km mənzil
14
Böyük Britaniya
64
12.000 km mənzil
15
Fransa
64
6.000 km mənzil
16
Səudiyyə Ərəbistanı
40
17
Vyetnam
24
18
İraq
18
19
Yəmən
18
20
Rumıniya
16
21
Türkmənistan
16
22
Ermənistan
16
23
Bəhreyn
9
24
BƏƏ
6
25
Slovakiya
6
26
AZƏRBAYCAN
4
27
Liviya
3
Türkiyə 322 raketlə dünya siyahısında 7-ci sırada yer alaraq bir çox Avropa və Yaxın Şərq ölkəsini geridə qoyub. Türkiyənin arsenalında həm ABŞ istehsalı, həm də özünün istehsal etdiyi yüksək texnologiyalı raketlər yer alır:
Tayfun: Türkiyənin ən uzun mənzilli yerli balistik raketi.
Bora - 1: Yüksək dəqiqlikli zərbə raketi.
J-600T Yıldırım (I və II): Taktiki balistik raketlər.
ATACMS Block 1: ABŞ istehsalı olan raketlər.
Azərbaycan isə 4 ədəd rəsmi qeydə alınmış ballistik raket sistemi ilə siyahının 26-cı pilləsində qərarlaşıb.
Lalə Qüdrətova
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.