RU

Dünyada ən çox balistik raketə sahib ölkələr: Azərbaycanın yeri...

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Üçüncü Dünya Müharibəsi ehtimallarının müzakirə edildiyi bir vaxtda, ölkələrin ballistik raket ehtiyatları yenidən gündəmə gəlib. Dünyada bu sahədə ciddi bir silahlanma yarışı müşahidə olunur.

Milli.Az xəbər verir ki, balistik raketlər nüvə, kimyəvi və bioloji başlıqlar daşıya bilən, uzaq mənzilli idarə olunan və ya olunmayan raketlərdir. Onlar hədəfə doğru trayektoriya üzrə hərəkət edirlər və mühərrikli uçuşda aerodinamik olaraq idarə olunan qanadlı raketlərdən fərqlənirlər.

Raketlərin növləri və mənzilləri

Taktiki balistik raket: 150 - 300 km

Qısa mənzilli (SRBM): 300 - 1.000 km

Orta mənzilli (MRBM): 1.000 - 3.500 km

Uzaq mənzilli (IRBM): 3.500 - 5.500 km

Qitələrarası (ICBM): 5.500 km-dən çox

Dünya Reytinqi (TOP 27)

Siyahıda ölkələr sahib olduqları raket sayına görə sıralanır:

Sıra

Ölkə

Raket Sayı

Qeyd (Mənzil / Model)

1

ÇİN

3100

13.000 km mənzil

2

RUSİYA

1400

11.000 km mənzil

3

ABŞ

1300

16.000 km mənzil

4

Şimali Koreya

1000

 

5

İsrail

850

 

6

İran

800

 

7

TÜRKİYƏ

322

Tayfun, Bora, Yıldırım

8

Cənubi Koreya

190

800 km mənzil

9

Misir

190

 

10

Yunanıstan

165

300 km mənzil

11

Pakistan

126

2.500 km mənzil

12

Belarus

98

300 km mənzil

13

Hindistan

80

10.000 km mənzil

14

Böyük Britaniya

64

12.000 km mənzil

15

Fransa

64

6.000 km mənzil

16

Səudiyyə Ərəbistanı

40

 

17

Vyetnam

24

 

18

İraq

18

 

19

Yəmən

18

 

20

Rumıniya

16

 

21

Türkmənistan

16

 

22

Ermənistan

16

 

23

Bəhreyn

9

 

24

BƏƏ

6

 

25

Slovakiya

6

 

26

AZƏRBAYCAN

4

 

27

Liviya

3

 

Türkiyə 322 raketlə dünya siyahısında 7-ci sırada yer alaraq bir çox Avropa və Yaxın Şərq ölkəsini geridə qoyub. Türkiyənin arsenalında həm ABŞ istehsalı, həm də özünün istehsal etdiyi yüksək texnologiyalı raketlər yer alır:

Tayfun: Türkiyənin ən uzun mənzilli yerli balistik raketi.

Bora - 1: Yüksək dəqiqlikli zərbə raketi.

J-600T Yıldırım (I və II): Taktiki balistik raketlər.

ATACMS Block 1: ABŞ istehsalı olan raketlər.

Azərbaycan isə 4 ədəd rəsmi qeydə alınmış ballistik raket sistemi ilə siyahının 26-cı pilləsində qərarlaşıb.

Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
82
5
news.milli.az

7Источники