EN

İran ordusu Trampa cavab verdi

İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Əli Məhəmməd Naini ABŞ prezidenti Donald Trampın "İranın gücünün bitdiyi" açıqlamasına reaksiya verdi.

İran dövlət televiziyası Naininin bu məsələ ilə bağlı açıqlamalarını yayımladı.

Trampın "yalan və aldatma ilə İrana psixoloji təzyiq göstərməyə çalışdığını" iddia edən İran sözçüsü bildirib ki, "İran ABŞ və İsrailin hücumlarına cəsarət və güclü iradə ilə müqavimət göstərir. Biz müharibəni bütün gücümüzlə davam etdiririk və İran müharibənin sonunu müəyyən edəcək".

Bölgədəki bütün ABŞ hərbi infrastrukturunun məhv edildiyini iddia edən Naini deyib: "İran silahlı qüvvələri Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrini və "Gerald Ford" təyyarədaşıyan gəmisini gözləyir".

Naini əlavə edib ki, "Tramp müharibəni Amerika xalqına yalan danışaraq başladı. Lakin indi İranın cavabları onu çaşqın və çarəsiz qoyub".

Bu arada, Trampın çıxışından sonra İnqilab Keşikçiləri Korpusunun Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının yazılı açıqlamasında deyilirdi: "Atəşkəs yoxdur və biz hücumların miqyasını artırırıq".

Chosen
31
kommersant.az

1Sources