EN

İran Qaani ilə bağlı məlumat yaydı Təcili

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani hərbi əməliyyatlara rəhbərlik edir.

Axar.az xəbər verir ki, bunu İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əli Sadiq deyib.

“İsmayıl Qaani ön cəbhədədir və hərbi əməliyyatlara şəxsən rəhbərlik edir. Bütün bu bəyanatlar düşmənin qüvvələrimizin və müttəfiqlərimizin əhval-ruhiyyəsini sarsıtmağa yönəlmiş psixoloji müharibəsinin bir hissəsidir. General Qaani sağ-salamatdır, o, təcavüzkarlara - ABŞ və sionist rejimə qarşı əməliyyatlara komandanlıq etməyə davam edir”, - səfir bildirib.

Qeyd edək ki, “Deyli Meyl" Qaaninin İsrailə casusluq ittihamı ilə gizlicə edam edildiyini yazmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
3
axar.az

7Sources