AZ

İran Qaani ilə bağlı məlumat yaydı – Təcili

“SEPAH-ın Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani öz vəzifəsindədir və hərbi əməliyyatlara rəhbərlik edir”.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əli Sadiq bildirib.
 

“Bütün bu iddialar düşmənin qüvvələrimizin və müttəfiqlərimizin əhval-ruhiyyəsini sarsıtmağa yönəlmiş psixoloji müharibəsinin bir hissəsidir. General Qaani sağ-salamatdır və təcavüzkarlara - ABŞ və İsrailə qarşı əməliyyatlara komandanlıq etməyə davam edir”, - deyə Sadiq bildirib.


Xatırladaq ki, daha əvvəl İsmayıl Qaaninin İranın ali rəhbəri Əli Xameneiyə qarşı sui-qəsdə əli olduğu ilə bağlı xəbərlər yayılmışdı.

Birləşmiş Ərəb Ərəb Əmirliklərinə məxsus "Nasional" (The National) portalı Qaaninin MOSSAD agenti olduğu üçün İranda edam edildiyini yazıb. İsrail mediasında isə Qaaninin Xameneiyə qarşı sui-qəsdən sonra İsrailə qaçdığını və orada yaşadığı ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media

Seçilən
43
5
bizim.media

7Mənbələr