EN

AYNA: Onlayn qaydada 172 675 bilet əldə edilib

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda "biletim.az" portalı vasitəsilə onlayn qaydada 172 675 bilet əldə edilib.

Bu barədə XQ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

2025-ci ilin ilk 2 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 29 % olubsa, cari ilin eyni dövründə bu rəqəm 42 %-ə yüksəlib.

"Biletim.az" portalında 58 şəhər və rayona, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyat vasitəsi qoşulub.

Rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün vətəndaşlara biletləri onlayn qaydada əldə etmələri tövsiyə olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
15
xalqqazeti.az

10Sources