AZ

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda "biletim.az" portalı vasitəsilə onlayn qaydada 172 675 bilet əldə edilib.

Bu barədə Missiya.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

2025-ci ilin ilk 2 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 29 % olubsa, cari ilin eyni dövründə bu rəqəm 42 %-ə yüksəlib.

"Biletim.az" portalında 58 şəhər və rayona, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyat vasitəsi qoşulub.

Rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün vətəndaşlara biletləri onlayn qaydada əldə etmələri tövsiyə olunur.

Seçilən
20
15
missiya.az

10Mənbələr