EN

73 yaşında baş məşqçi təyin edildi – RƏSMİ

“Nant””ın yeni baş məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa təmsilçisini Vahid Halilhodziç çalışdıracaq. 73 yaşlı mütəxəssislə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, bu vəzifədə Əhməd Kantarini əvəzləyib.

Qeyd etmək lazımdır ki, bu, Halilhodziçin “Nant”a ikinci baş məşqçi təyinatıdır. Bosniyalı mütəxəssis bundan əvvəl komandaya 2018-ci ilin oktyabrından 2019-cu ilin avqustuna qədər rəhbərlik edib.

Onun son iş yeri Mərakeş milli komandası olub. “Nant” hazırda Liqa 1-də 17 xalla 17-cidir.

Chosen
59
4
msport.az

5Sources