EN

İndoneziya vətəndaşları İrandan təxliyə olundu

BAKI, 11 mart. TELEQRAF

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 36 İndoneziya vətəndaşının təxliyəsi baş tutub.

Teleqrafxəbər verir ki, onlar“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilərək Azərbaycan ərazisinə daxil olub. Təxliyə olunanlar arasında 3 diplomat, tələbələr və ailələr də var.

Onlar sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

Chosen
63
6
teleqraf.com

10Sources