AZ

36 İndoneziya vətəndaşı İrandan təxliyə olunub

Astara, 11 mart, AZƏRTAC

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti mərhələdə 36 İndoneziya vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilərək Azərbaycan ərazisinə daxil olub. Təxliyə olunanlar arasında 3 diplomat, tələbələr və ailələr də var.

Onlar sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

Müxbir-İlkin Adıyev

Seçilən
50
6
azertag.az

10Mənbələr