AZ

36 İndoneziya vətəndaşı İrandan təxliyə olundu - FOTOLAR

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

"Unikal" xəbər verir ki, növbəti mərhələdə 36 İndoneziya vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilərək Azərbaycan ərazisinə daxil olub. Təxliyə olunanlar arasında 3 diplomat, tələbələr və ailələr də var.

Onlar sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

Seçilən
11
4
unikal.az

10Mənbələr