EN

PAŞA Kapital ölkənin ilk korporativ IPO-su çərçivəsində PAŞA Bank, ABB Invest, Unicapital ilə əməkdaşlığa dair saziş imzalayıb (FOTO)

Bakı. Trend:

11 mart 2026-cı il tarixində PAŞA Kapital İnvestisiya Şirkətiilə ölkənin aparıcı korporativ maliyyə institutlarından olan PAŞABank, həmçinin ABB Invest və Unicapital İnvestisiya Şirkətiarasında qarşılıqlı tərəfdaşlığa dair əməkdaşlıq sazişlərininimzalanma mərasimi keçirilib.

Qeyd edilən saziş, PAŞA Bank tərəfindən planlaşdırılan ölkəninilk korporativ İlkin Kütləvi Təklif (IPO) layihəsi çərçivəsindəsəhmlərin yerləşdirilməsi prosesində investorların iştirakimkanlarının genişləndirilməsinə və kapital bazarlarına çıxışındaha da asanlaşdırılmasına xidmət edir.

Əməkdaşlıq çərçivəsində tərəflər IPO prosesinin daha genişinvestor auditoriyasına çatdırılması, investorlarınməlumatlandırılması və səhmlərin yerləşdirilməsi mərhələsindəoperativ və səmərəli iştirak imkanlarının təmin olunmasıistiqamətində birgə fəaliyyət göstərəcəklər.

Qarşılıqlı razılaşmaya əsasən, investorlar layihənin əsasanderrayteri qismində çıxış edən PAŞA Kapital və tərəfdaşinvestisiya şirkətlərinin platformaları vasitəsilə PAŞA Banksəhmlərini rahat və tam onlayn şəkildə əldə edə biləcəklər.

Xatırladaq ki, ölkəmizin kapital bazarında özəl şirkət və özəlbank tərəfindən ilk dəfə həyata keçiriləcək bu IPO prosesiçərçivəsində PAŞA Bank investorlara səhmlərinin 5%-ni təklif etməyiplanlaşdırır.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətlərihaqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlayavə ya şirkətin https://www.pashacapital.az/rəsmi internet səhifəsinə daxil ola bilərsiniz.

PAŞA
PAŞA
PAŞA
Məqalədə:
Chosen
31
1
az.trend.az

4Sources