EN

Millimiz Belçika ilə qarşılaşır

Bu gün 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Msport.az xəbər verir ki, B Liqasının üçüncü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Matçı ukraynalı baş hakim Veronika Vasilçenko idarə edəcək.

Chosen
23
1
msport.az

2Sources