EN

“Liverpul” “Mançester Yunayted”lə “Çelsi”nin maraqlandığı yarımmüdafiəçi uğrunda mübarizəyə qoşulub

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Liverpul” “Bornmut”un yarımmüdafiəçisi Tayler Adamsı transfer etmək yarışına qoşulub.

İdman.Biz-in “Caught Offside”a istinadən məlumatına görə, amerikalı oyunçu “Mançester Yunayted” və “Çelsi”nin skautları tərəfindən də izlənilir.

Mənbənin məlumatına görə, “Bornmut” Adams üçün təxminən 30 milyon funt sterlinq (34,8 milyon avro) dəyərində təklifləri nəzərdən keçirə bilər.

Bu mövsüm Adams bütün yarışlarda 19 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
1
icma.az

3Sources