Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, yarışın 4-cü günündə iki qadın güləşçimiz final görüşünə çıxıb.
Gültəkin Şirinova (55 kq) həlledici görüşdə macarıstanlı Gerda Tereklə bacarmayıb (0:11) və gümüş medal əldə edib.
Günay Qurbanovanın (59 kq) belaruslu Marta Hetmanavayla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə (2:1) qalib gələn güləşçimiz ötənilki nəticəsini təkrarlayıb və titulunu qorumaqla yenidən U-23 Avropa çempionu olub.