EN

“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” Saşa İliç

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç

"Şamaxı"ya qarşı oyunumuz hər zaman çətin olur. Şanslarımız var idi. Lakin istifadə edə bilmədik".

QOL.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 24-cü turunda “Şamaxı”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Serb mütəxəssis futbolçuların ona qarşı birləşərək oynamaq istəməmələri ehtimalını yaxına buraxmayıb: “Fikrimcə, oyunçular sona qədər mübarizə apardılar. Düşünmürəm belə bir şey olsun. Bu gün digər məğlub olduğumuz matçlara baxanda daha yaxşı oynadıq. 9 oyundur qələbə qazana bilməməyimizin səbəbini bilmirəm. Avrokuboklar şansımız azaldığına görə bundan sonrakı oyunlarda akademiyamızın gənc oyunçularına da şans verəcəyik”. 

O, nəticə olmadıqca gənclərə şans verilməsinin tərəfdarı olduğunu söyləyib: “Ötən matçda Səbuhinin penalti vurmasını mən istəmişdim. Lakin sonradan özü zərbəsinin yaxşı olmadığını əsas gətirərək meydanda Rüstəmə topu ötürmüşdü. Bu məsələ mənim nəzarətim altındadır. Strategiyanın klub rəhbərliyi tərəfindən verilməsi normal bir haldır. Nəticə olmadıqda, gənclərə şans verilməsinin tərəfdarıyam. Çempionata yaxşı başlamışdıq. Ancaq daha əvvəldən bilirdik ki, bizə bir müddət sonra yeni futbolçular lazım olacaq. Qış transferindən sonra da transfer məsələsi istədiyimiz kimi olmadı və nəticədə də belə məğlubiyyətlər almağa başladıq”.

“Mövsümün sonunda bu gedişlə komandadan ayrılmaq məsələsi barədə düşünmüsünüzmü?” sualını İliç belə cavablandırıb: “Müqaviləm var. Mən bu barədə düşünməmişəm. Əsas fokuslanmışam ki, bu mövsümü "Sumqayıt"ın layiq olduğu yerlərdə bitirək. Mövsümün sonunda bu barədə danışarıq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
8
qol.az

9Sources