EN

Pakistanlı diplomat İrandan ölkəmizə təxliyə olundu

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

Bakıvaxtı.az Apa-ya istinadən xəbər verir ki, Pakistanın Tehrandakı səfirliyinin əməkdaşı Nadim Bəsitxan Astara dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycana təxliyə olunub.

Diplomat jurnalistlərə bildirib ki, ötən il də Azərbaycanda olub: “Azərbaycan xalqı çox gözəl xalqdır. Ötən ilin iyun ayında da burada olmuşam”.

Bundan əlavə, Azərbaycan və Rusiya vətəndaşları da təhlükəsiz şəkildə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunublar.

 

Chosen
35
9
bakivaxti.az

10Sources